ANAMA: Ötən həftə 483 partlamamış hərbi sursat zərərsizləşdirilib

18.11.2024

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan  bildirilib ki, noyabrın 11-dən noyabrın 17-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 126, tankəleyhinə 29 mina və 483 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bununla yanaşı, ötən həftə 972,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью