ANAMA: Ötən həftə 7421 partlamamış hərbi sursat zərərsizləşdirilib

04.11.2024

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-dən noyabrın 3-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 164, tank əleyhinə 73 mina və 7421 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 2270.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью