ANAMA: Ötən həftə 7421 partlamamış hərbi sursat zərərsizləşdirilib AZƏRTAC

04.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-dən noyabrın 3-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 164, tank əleyhinə 73 mina və 7421 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 2270.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью