ANAMA: Ötən həftə 81 mina və 240 partlamamış hərbi sursat zərərsizləşdirilib

14.07.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 7-13 iyul tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC -a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 65, tankəleyhinə 16 mina və 240 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin həftə ərzində 1 639,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью