ANAMA Xocalıya köçən sakinlərə təlim keçib

13.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xocalı rayonunun Ballıca kəndinə köçən sakinlər üçün Partlayıcı Sursat Riskinin Maarifləndirilməsi mövzusunda təlim keçib.

"Report"un məlumatına görə, bu barədə ANAMA-nın "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, təlimin məqsədi sakinlərə təhlükəsizlik qaydaları barədə məlumat vermək, onları şübhəli ərazilərin əlamətləri haqqında maarifləndirməkdir. Bundan başqa, sakinlərə təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, şübhəli əşyalara toxunmamağa çağırışlar edilib.

Agentliyin nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ maarifləndirici plakatlar da paylanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью