Anamı sevə bilmədim, dəfninə getmək içimdən gəlmədi

13.10.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Türkiyəli şoumen Mehmet Əli Ərbil anası Yurdagül Ekenin dəfninə qatılmamasından danışıb.

Axşam.az xəbər verir ki, şoumen dəfnə qatılmaq əvəzinə canlı yayım açmasına belə aydınlıq gətirib:

"Anama haqqımı halal etdim. Dəfnə getmədim. Getmək içimdən gəlmədi. Bu, uşaqlığımdan bu günə qədər içimdə qalan bir nisgil oldu. Buna baxmayaraq, övladlıq borcumu sonuna qədər yerinə yetirdim. Anama, hətta ögey atama da pensiya düzəltdirdim. Mənə bu qədər əzab verən adama belə...

Anamı sevə bilmədim. İçimdən elə hisslər qopub getdi ki, onu heç cür sevə bilmədim! Bizi ögey atamızın qarşısında əzdirdiyinə görə!".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью