Icma.az, Axsham.az saytına istinadən bildirir.
Bir müddət əvvəl anasını itirən müğənni İntiqam Kərimov kədərini bölüşüb.
Axşam.az xəbər verir ki, ifaçı “Şadlıq olsun” proqramında anasının vəfatından danışaraq, yaşadığı ağır günləri xatırlayıb:
“Anam axşam yatdı, səhər ayılmadı. Gəlib yanına uzandım, qucaqladım, ayrıla bilmirdim ondan. Həyatının son iki günü o qədər yaxşı idi ki... Əvvəl gözü zəif görürdü, qulağı eşitmirdi. Amma son iki gün hamısı düzəlmişdi. Anam mahnılarımı oxuyurdu, deyirdi ki, gedib oğlumu festivalda izləyəcəyəm. Rok festivala hazırlaşırdım. 67 yaşım var, hönkür-hönkür ağlayırdım. Onda anladım ki, anam yoxdur artıq.
Ana və ata başqadır. Bunlar bir dəfə olur və bitdi. Hər şeyi əldə etmək olar, valideyni yox. Anam Qaxda yaşayırdı, bir dəfə gətirdim yanıma, amma qalmadı. Sonra evdə yıxıldı, başı zədələndi. Gətirdik bura, dedik artıq tək qalmaq olmaz”.