Anamın vasitəsilə tez məşhur olardım

18.09.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb.
Demokrat.az xəbər verir ki, xanəndə “Qonaqcanlı” proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib.
“Qızımın səsi var, şeir, mahnılar yazır. Dövlət işində çalışdığı üçün efiri sevmir. Zövqlü musiqi dinləyir. İfaları olub, demişəm ki, ötəri hissdir. Özü istədiyi yerdədir. Heç vaxt arzu etməmişəm qızım musiqi sahəsində olsun” deyə, Nəzakət Teymurova bildirib.
Nigar isə musiqi ilə həvəskar şəkildə məşğul olduğunu deyib:
“Musiqi ilə həvəskar məşğul oluram, amma çətin yol seçmişəm. Anamın vasitəsilə tez məşhur olardım”.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью