Anar açıqladı: Röyadan buna görə boşandım VİDEO

01.12.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov qonaq olduğu verilişdə səsləndirdiyi fikirlərlə gündəm yaradıb.

Globalinfo.az Milli.Az-a istinadən xəbər verir ki, verilişdə iştirak edən hüquqşünas onların ailə həyatının dağılmasında Anarı günahlandırıb.

Anar Cəlilov isə ittihamlara cavab verərək, ailəsinin dağılma səbəbinin düşündüyü kimi olmadığını bildirib və özünü müdafiə edib:

“Bir-birimizi başa düşmədik. Əvvəl ailəm sənətçi ilə evlənməyimi qəbul etmirdi, sonra qəbul etmişdilər. Sadəcə, münasibətdə anlaşılmazlıqlar yarandı və ayrılmağa qərar verdik”.

Anar Cəlilovun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun səmimiyyəti və Röya ilə münasibətinə dair açıqlamalarına müxtəlif reaksiyalar göstəriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью