Anar Ağakişiyevin çantasında powerbank partladı Xəsarətlər alıb VİDEO

21.08.2026

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib.

Stilist bu barədə sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, çantasında olan powerbank qəfil partlayıb. Hadisə nəticəsində Anar Ağakişiyevin dodağı, burnu və saçları yanıb.

Stilist hadisənin pasport nəzarəti zamanı baş verdiyini və alovun üzünə qədər çatdığını söyləyib.

O, hazırda həkimə getdiklərini bildirib və izləyicilərinə powerbankları uşaqlardan uzaq saxlamağı tövsiyə edib.

Anar Ağakişiyev hadisədən sonra çantasının vəziyyətini də nümayiş etdirib. Görüntülərdə powerbankın partlaması nəticəsində çantanın zədələndiyi görünür./milli.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью