Anar Allahverdiyev: “Şahmatçılarımızın yüksək səviyyədə çıxış edəcəyinə inanırıq” | Icma.a…
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"11-ci Vüqar Həşimov Memorial turnirinə hazırlıq yüksək səviyyədə davam edir.
Hazırda yarışın keçiriləcəyi məkan və oyunçular da müəyyənləşib. Bu dəfə şahmatçıların mübarizəsi Xankəndi şəhərində olacaq".
Bu sözləri Sport24.az-a açıqlamasında turnirin direktoru Anar Allahverdiyev deyib.
Xankəndi şəhərində təşkil olunacaq yarışın 44 günlük Vətən müharibəsində qazanılan qələbənin simvolu olduğunu söyləyən Allahverdiyev turnirdə güclü şahmatçıların üz-üzə gələcəyini deyib: "Ötən il Memorial yarış Şuşada oldu.
Fəxr hissi ilə bu yarışın böyük statuslu beynəlxalq turnir olduğunu deyə bilərəm. Güclü şahmatçılar üz-üzə gələcəklər.
Məsələn, rusiyalı Yan Nepomnyaşiy elit şahmatçılar siyahısına daxildir və çox güclüdür.
Gənc ulduzlardan özbəkistanlı Nodirbek Yakubboyevin adını çəkə bilərəm. Çox gözəl oyunu ilə bütün türk dünyasını sevindirir.
Tam oxu
Xəbəri oxu