Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xankəndi şəhərində keçiriləcək XI Vüqar Həşimov Memorialına hazırlıq yüksək səviyyədə gedir.
İdman.Biz xəbər verir ki bunu turnirin direktoru Anar Allahverdiyev mətbuata açıqlamasında bildirib.
Mütəxəssis yarış iştirakçılarının yüksək səviyyədə mübarizə aparacağına inanır: “XI Vüqar Həşimov Memorialına hazırlıq yüksək səviyyədə davam edir.
Yarışın keçiriləcəyi məkan və oyunçular müəyyənləşib. Bu dəfə şahmatçıların mübarizəsi Xankəndi şəhərində baş tutacaq”.
Xankəndi şəhərində təşkil olunacaq yarışın 44 günlük Vətən müharibəsində qazanılan qələbənin simvolu olduğunu söyləyən Allahverdiyev turnirdə güclü şahmatçıların üz-üzə gələcəyini deyib: “Ötən il Memorial Şuşada oldu.
Fəxr hissi ilə bu yarışın böyük statuslu beynəlxalq turnir olduğunu deyə bilərəm. Güclü şahmatçılar üz-üzə gələcəklər.
Məsələn, rusiyalı Yan Nepomnyaşi elit şahmatçılar siyahısına daxildir və çox güclüdür.