Anar Bağırov: Bakıda Vəkillər Kollegiyasının yeni binası inşa ediləcək

28.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda Vəkillər Kollegiyasının hesabına yeni bina inşa ediləcək.

"Report" xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, SSRİ dövründə vəkillik peşəsi müstəqil olmayıb:

"Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra vəkilliyə münasibət dəyişdi. 2004-cü ildə 356 nəfər vəkilimiz toplanaraq müstəqil Vəkillər Kollegiyasını yaradıblar. Bu gün kollegiyamız 2500-dən çox vəkili birləşdirir. Vəkillər Kollegiyası hər zaman çalışıb ki, cəmiyyətə daha yaxın olsun. Beynəlxalq əməkdaşlığı gücləndirmişik. Vəkilliyə gələn hüquqşünasların 70 faizdən çoxu gənclərdir. Gənclər gələndən sonra yeni abu-hava yaranıb. Azərbaycan vəkilləri peşə sahəsində elektron xidmətlərə üstünlük verir. Bu vəkillərin vaxtına qənaət etməsinə kömək olur".

Onun sözlərinə görə, Vəkillər Kollegiyası 7 min m² çox əmlaka sahibdir. O bildirib ki, hazırda Gəncə şəhər prokurorluğunun keçmiş binası onlara verilib.

"Bakı Abadlıq şirkəti Bakıda və Vəkillər Kollegiyasının yeni binasını inşa edəcək. Bu işlər Vəkillər Kollegiyasının maliyyəsi hesabına həyata keçiriləcək", - Anar Bağırov deyib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью