Anar Bağırov: Elektron vəkil sorğusu ilə bağlı platforma üzərində işlər davam etdirilir

31.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Müasir dövrün tələblərinə uyğun olaraq Kollegiya tərəfindən rəqəmsallaşma istiqamətində də mühüm addımlar atılıb. Artıq bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində yeni bir səhifə açır. Bu sistem vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlərinin növbəti konfransında çıxışında VK-nın sədri Anar Bağırov bildirib.

"Statistik göstəricilər bu layihələrin effektivliyini açıq şəkildə sübut edir. Belə ki, 2026-cı il yanvarın 30-u tarixinədək 74 min 932 elektron order və 100 min 543 elektron müqavilə rəsmiləşdirilib. Rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır, növbəti mərhələ olan elektron vəkil sorğusu layihəsidir. Qeyd etmək istərdim ki, layihə ilə bağlı Femida dialoq platforması çərçivəsində Ali Məhkəmədə görüş keçirilərkən müzakirələr aparılıb. Hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcək", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью