Anar Bağırov: Vəkillər Kollegiyasının qanunvericiliyin təkmilləşdirilməsində fəal rolu var

31.01.2026

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK üzvlərinin konfransında söyləyib. O diqqətə çatdırıb ki, kollegiyanın dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirakı da xüsusi vurğulanmalıdır:
"Belə ki, son 3 il ərzində Kollegiya tərəfindən 150-ə yaxın normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edilmişdir ki, bu da onun normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyir".
Sədr bildirib ki, eyni zamanda, Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında son 3 il ərzində Vəkillər Kollegiyası 80-dən çox iş üzrə mütəxəssis mülahizəsi təqdim edib:
"Bu mülahizələr hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və hüquqi mövqelərin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur".
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью