Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır

28.07.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov işdən çıxarılır.

“Bakupost”un məlumatına görə, bununla bağlı direktorun ərizəsi alınıb. Yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.

Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmadı - zənglərə cavab vermir. TƏBİB-dən isə bildirildi ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.

Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2 il öncə təyin olunmuşdu.

O 2021-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью