Anar Bayramov Qarabağdakı tibb müəssisələrinə baxış keçirdi FOTO

30.06.2026

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Anar Bayramov işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib.

Medicina.az xəbər verir ki, səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentyönümlü səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.

İkigünlük səfərin ilk günündə Ağdərə rayonu ərazisində yerləşən Talış kənd Ailə Sağlamlıq Mərkəzi (ASM) və Suqovuşan həkim məntəqəsinə, Tərtər Rayon Mərkəzi Xəstəxanasına, Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Kəngərli tibb məntəqəsi, Saraclı həkim məntəqəsi və Ağdam modul tipli xəstəxanasına baxış keçirilib.

Baxış zamanı tibb müəssisələrinin fəaliyyəti, infrastruktur imkanları, maddi-texniki təminatı, tibbi avadanlıqlarla təchizatı, kadr təminatı, vətəndaşlara göstərilən tibbi xidmətlərin təşkili, eləcə də iş prosesinin təkmilləşdirilməsi istiqamətində aidiyyəti şəxslərlə müzakirələr aparılıb.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью