Anar Bayramov Yeni Klinikanın direktorunu da işdən çıxartdı

21.04.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Yeni Klinikanın direktoru Barat Yusifov vəzifəsindən azad edilib.

Bakupost.az-a daxil olan məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.

Məlumata əsasən, Barat Yusifovun ərizəsi bir müddət əvvəl alınıb və bu gün rəsmiləşdirilib.

Qeyd edək ki, bu gün TƏBİB rəhbərinin daha beş müşavirinin də vəzifədən azad edilməsi barədə məlumat yayılıb.

Bütün bu proseslərlə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentindən isə hər hansı açıqlama almaq mümkün olmayıb.

Azər, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью