Anar: Çingiz Əlioğlu ədəbiyyatımızın ən parlaq nümayəndələrindən biri idi

10.08.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Çingiz Əlioğlu Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri idi.

"Report"un məlumatına görə bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şair Çingiz Əlioğlu ilə vida mərasimində deyib.

O, Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb:

"Azərbaycan ədəbiyyatının ən istedadlı, ən parlaq nümayəndələrindən biri idi. Bizim çox yaxşı münasibətimiz, möhkəm dostluğumuz olub. Son aylarda səhhəti qaydasında deyildi. Mən düşünürdüm ki, keçəcək, amma keçmədi. Əziz dostuma Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью