Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02.08.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin treyleri yayımlanıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan Kinosu Günü münasibətilə milli kino ənənələrinin yaşadılması və ölkəmizdə kino istehsalının inkişafı naminə zəhmətini, biliyini və istedadını əsirgəməyən bütün kino xadimlərini təbrik edən A. Ələkbərov Azərbaycan kinematoqrafiyasının tərəqqisi naminə bundan sonra da bütün imkanların səfərbər ediləcəyini bildirib.

"Bu əlamətdar gündə ümumi işə öz töhfəmizi verməkdən qürur duyur və payızda premyerası nəzərdə tutulan "44" bədii filminin treylerini diqqətinizə təqdim edirik", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

View this post on Instagram

A post shared by Anar Alakbarov (@anar.alakbarov)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью