Anar Əliyev: 450 minə yaxın şəxs məşğulluğa cəlb olunacaq

14.01.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Dövlət Məşğulluq Agentliyi tərəfindən 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, bu il 15 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunması, habelə peşə hazırlığı və peşəyönümü xidmətlərinin davam etdirilməsi planlaşdırılır.

“2026-cı ildə əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması Nazirlik üçün prioritet hesab olunacaq”, - deyə nazir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью