Anar Əliyev daha bir yüksək posta rəhbər təyin etdi FOTO

22.04.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub.

Bakupost.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə bu vəzifəyə Ramin Alik oğlu Rzayev təyin olunub.

Ramin Rzayev bu təyinata qədər idarə heyətinin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sabiq sədri Anar Bayramov bu ayın 17-də Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Azər

Bakupost.az



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью