Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
İqtisadiyyatın "ağarması", tətbiq edilən sosial islahatlar nəticəsində minimum əməkhaqqının artırılması ölkədə qeyri-formal məşğulluğun səbəb olduğu mənfi halların azalmasına təsir göstərərək formal məşğulluğu təşviq edib.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
"Aparılan bu islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 3,4 dəfə artıb. Əvvəlki illə müqayisədə cari ilin 10 ayında özəl sektorda əmək müqavilələrinin sayı 59 min artıb. Bu göstərici bizi sevindirir", – deyə nazir vurğulayıb.
Günay Şahmar, Bizim.Media