Anar Əliyev: Ölkəmizdə icra olunan 5 böyük sosial islahat paketi 4 milyon nəfəri əhatə edi…
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 29 may, Göyçək Mahmudlu, AZƏRTAC Prezident İlham Əliyevin sosial sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq son illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib.
Həmin islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla 4 milyon nəfəri əhatə edib.
Nəticədə bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı isə 2 dəfəyədək artıb.
Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.
Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,6 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artıb.
Bu ildən icrasına başlanılmış yeni sosial islahat paketi isə 3 milyon nəfəri əhatə edir.
Həmin məqsədlə dövlət büdcəsindən illik 1,4 milyard manat əlavə vəsait ayrılıb.
Tam oxu
Xəbəri oxu