Anar Əliyev qəbul keçirəcək

09.06.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyunun 19-da Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qəbul zamanı əhalinin müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Qeyd edək ki, vətəndaşlar 9 - 11 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью