Icma.az, 525.az portalına istinadən məlumat yayır. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ilə Türk Dövlətləri Təşkilatının (TD
525.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, A.Əliyev türk dövlətləri arasında sosial sahədə də əməkdaşlığın gücləndirilməsi istiqamətində TDT Katibliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Nazir son illər Azərbaycanda aparılan sosial islahatların uğurlarını qeyd edərək, TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığın genişlənməsinə, uğurlu təcrübələrin mübadiləsinə hazır olduğunu bildirib.
K.Ömüralıyev türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılmasının məmnunluq doğurduğunu, TDT Katibliyinin qeyd olunan məsələyə bundan sonra da dəstək verəcəyini bildirib.
Nazirlikdə TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasında iştirak üçün Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla da görüş olub.
A.Əliyev əlaqələrin əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb.
V.İşıkhan iki ölkə arasında uğurlu əməkdaşlığın TDT çərçivəsində də daim genişlənəcəyini bildirib.