Anar Əliyevdən Şahin Əliyevə yüksək vəzifə YENİ TƏYİNAT

23.05.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda kadr dəyişikliyi baş verib.

Bakupost.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin əmri ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev tutduğu vəzifədən azad olunub.

O, Fondun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

Şahin Əliyev bu postda Zəka Mirzəyevi əvəz edib.

Azər

Bakupost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью