Anar Əmirovun da meyiti sudan çıxarıldı

02.07.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Anar Rəşad oğlu Əmirovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün də Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində də batan Süleyman Salahovun meyiti sudan çıxarılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью