Anar Hacıyev: Müdafiədəki yaxşı oyunumuz sayəsində qalib gəldik

28.02.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Bu gün biz ilk növbədə müdafiədə yaxşı çıxış etdik. Düzdür, bəzi epizodlarda səhvlərimiz də oldu. Ancaq uşaqlar toparlandılar və üstünlüyümüzü təmin etdilər".

İdman.biz xəbər verir ki, bunu "Ordu” basketbol klubunun məşqçisi Anar Hacıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XV turunda “Quba” üzərində qazanılan 103:68 hesablı qələbəni şərh edib: “Məhz müdafiədəki yaxşı oyunumuz sayəsində qalib gəldik. Bu gün atışlarımız da yaxşı idi. Əvvəlki oyunlarla müqayisədə 3 xallıq atışları da dəqiq yerinə yetirirdik. Çünki məşqlərdə daima bunun üzərində işləyirik. Bu gün də onun bəhrəsini gördük. Yerli oyunçuların da rotasiyasını etməyə çalışırıq. Rüstəm Əlieyev zədədən yenidə qayıdıb. Məhz bu səbəbdən onu çox yormaq istəmədik və digər oyunçulara da şans verdik. Qələbəyə görə bütün oyunçularımızı təbrik edirəm”.

Qeyd edək ki, mövsümdə 11-ci qələbəsini qazanan "Ordu" lider mövqeyinə yüksəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью