Icma.az bildirir, Sherg.az portalına istinadən.
“Qarabağ” Futbol Klubunda kadr dəyişikliyi baş verib. Klubumuzun ictimai əlaqələri və Medianın rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komandamız 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb. O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının liqasını adlayaraq, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasını yaşayıb. Klubumuzda fəaliyyət dövrünə nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.