Anar Heybətovun ailəsində ağır itki: İlin ən yaxşı müəllimi vəfat edib VİDEO

08.01.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar artist Anar Heybətova ağır itki üz verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. O, əmisi qızı Aynur Heybətovanın dünyasını dəyişdiyini bildirib:

"04.28.1976 - 05.01.2025. Əmim qızı və sinif yoldaşım Heybətova Aynur Rauf qızı. Allah sənə rəhmət eləsin. Bülbül adına orta ixtisas musiqi məktəbində 1983-1994-cü illərdə 11 il bir sinifdə oxumuşuq. Allah yerini cənnət eləsin İnşallah. Əlvida, dostum".

Məlumat üçün bildirək ki, Aynur Heybətova paytaxt məktəblərindən birində Azərbaycan dili və ədəbiyyatı müəllimi olub. O, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qaliblərindən biri idi.

https://t.me/axsamaz1/12786

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью