Anar Kərimov işdən çıxarıldı, daha yüksək vəzifəyə təyin olundu SƏRƏNCAM

15.04.2025

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Hurriyyet.Az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Digər sərəncamla o, maliyyə nazirinin birinci müavini təyin edilib.

Həmçinin Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью