Anar Məmmədov Superleki ilk raundda nokauta saldı VİDEO

13.11.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan döyüşçüsü Anar Məmmədov Taylandın paytaxtı Banqkokda keçirilən “ONE Friday Fights 178” turnirində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Lumpini” stadionunda təşkil olunan döyüş gecəsinin əsas qarşılaşmasında idmançımız taylandlı Superlek Citmuanqnonla üz-üzə gəlib.

Muay-tay qaydaları ilə keçirilən görüşdə 30 yaşlı Məmmədov rəqibini ilk raundda iki dəfə nokdauna salıb. İkinci nokdaundan sonra qarşılaşma başa çatıb və raundun iki dəqiqə səkkizinci saniyəsində Azərbaycan təmsilçisinin nokautla qələbəsi qeydə alınıb.

“Atilla” ləqəbli döyüşçümüz bununla da ardıcıl iki məğlubiyyətdən sonra yenidən qələbə sevinci yaşayıb.

Qeyd edək ki, 23 yaşlı Superlek bu qarşılaşmayadək ONE Championship-də keçirdiyi hər iki döyüşdə qalib gəlmişdi.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью