Anar Nağılbazın oğlu atasının məzarından video paylaşdı

18.08.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Mərhum reper Anar Nağılbazın oğlu Tamerlan atasının vəfatının ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, o, atasını anım günündə məzarını ziyarət edərək onun xatirəsini yad edib. Tamerlan həmin anları sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Anar Nağılbaz 8 il əvvəl vəfat edib. Reperin ölümündən illər keçməsinə baxmayaraq, onun yaradıcılığı və xatirəsi yaxınları, dostları və pərəstişkarları tərəfindən yad edilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью