Anar Nağılbazın son bəstəsi üzə çıxdı VİDEO

24.04.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan repinin atası" sayılan Anar Nağılbazın ölümündən qısa zaman öncə bəstələdiyi və müğənni İradə İsakova ilə birlikdə oxuduğu heç vaxt yayımlanmayan "Sev" mahnısı üzə çıxıb.

Bunu AZXEBER.COM-a açıqlamasında müğəni İrada İsakova bildirib.

"Sev"i arxivindən təsadüfən tapdığını deyən müğənni sevincini bölüşüb:

"Anarın vaxtsız gedişi hamımızı çox məyus etdi. Birgə işimiz "Sev" də elə o kədərin kölgəsində unudulmuşdu. Nə yaxşı ki, it-bat olmayıb, gec də olsa, arxivdən tapıldı".

Qeyd edək ki, repçinin ömrünün son günlərində bəstələdiyi mahnının sözləri Ülviyyə Alovluya aiddir. 

Aysel

Həmin mahnını təqdim edirik:


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью