Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az Anews.az-a istinadla xəbər verir ki, Anar Nəcəfli hazırda fəaliyyətini davam etdirir və media sorğularını cavablandıran məsul şəxs olaraq qalır.
Əldə etdiyimiz məlumata görə, AAYDA-da struktur dəyişiklikləri aparılıb və bunun çərçivəsində mətbuat şöbəsi ləğv edilib. Buna baxmayaraq, media ilə kommunikasiya və jurnalist sorğularının cavablandırılması Anar Nəcəfliyə həvalə olunub.
Anar Nəcəflinin AAYDA-dan ayrılması və ya vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmır.