Anar Nərimanov: Peyk təsvirləri iqtisadiyyata həm birbaşa, həm də dolayı təsir göstərir | …
Icma.az bildirir, Oxu.az portalına istinadən. "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ölkə iqtisadiyyatına birbaşa
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov "Kosmosdan gələn imkanlar: Kosmik m
Onun sözlərinə görə, peyk təsvirləri iqtisadiyyata həm birbaşa, həm də dolayı təsir göstərir: "Bu təsiri bir çox aspektlərdən qiymətləndirmə
Məsələn, Milli Məkan Məlumatları İnfrastrukturu layihəsini qeyd edə bilərəm.
Araşdırmalar göstərir ki, bu infrastrukturun qurulması Azərbaycanın iqtisadiyyatına birbaşa olaraq ÜDM-in 1-1,5 faizi həcmində müsbət təsir edir.
Bununla yanaşı, peyk təsvirləri sənaye, logistika, kənd təsərrüfatı və digər sahələrin inkişafına da dolayısı ilə mühüm töhfə verir.
Peyk təsvirlərinin əsas istehsalçıları olan agentliklər bu görüntüləri müxtəlif məqsədlərlə əldə edirlər - məsələn, istehsal proseslərinin təhlili və resursların idarə olunması üçün".
Anar Nərimanov əlavə edib ki, Milli Məkan Məlumatları İnfrastrukturu çoxsaylı komponentləri - normativ-hüquqi bazanı, texnoloji və intellektual alətləri, standartları, bilik transferini və ölkənin rəqəmsal ekosistemini əhatə edən kompleks layihədir: "Bir çox ölkələrin təcrübəsini araşdırarkən məkan məlumatları ilə bağlı 1500-dən çox məlumat layına rast gəlirik və onların ilkin mənbəsini məhz peyk təsvirləri təşkil edir".
Tam oxu
Xəbəri oxu