Anar Quliyev Yevlaxda vətəndaşları qəbul edib FOTO

07.03.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yevlaxda Mingəçevir, Naftalan, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, bunu Komitə sədri "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, qəbulda tikintiyə icazə və torpaq münasibətləri ilə bağlı suallar cavablandırılıb, şəhərsalma və tikinti prosedurları ilə bağlı qaldırılan məsələlər yerində həll edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью