Anar Rusiyaya cavab yazdı Əyri güzgüdə | Icma.az
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq. ANARİçimdə yaranan ikrah hissini güclə boğaraq, yenə də Vladimir Solovyovun verilişlərini
Elə bu səbəbdən də belə bir jurnalistin bu dərəcədə riyakar olması daha da təəccüblüdür.
Solovyov mütəmadi yalan danışır və özü də çox gözəl bilir ki, yalan danışır.
Onun tok-şoularında tamaşaçılarına "yedirtməyə" çalışdığı bütün mövzulara toxunmaq istəmirəm.Şəxsi qənaətim odur ki, bu adamın, əslində, rus xalqına dərin nifrəti var.
Yoxsa o, qonşu, hətta uzaq ölkələri bütövlükdə məhv etmək, ya da ən pis ehtimalda işğal etmək kimi planlarla hədələməz, təhqir etməzdi.
Bu cür davranışla isə o, həmin xalqları Rusiyaya qarşı potensial düşmənə çevirməyə çalışır - sanki onların mövcudluğuna təhdid kimi təqdim edir.Hər hansı bir dövlətin siyasəti ilə razılaşmaya bilərsən, rəhbərlərini sərt şəkildə tənqid edə bilərsən, amma küçə söyüşlərinə əl atmaq, bütöv xalqları tərbiyəsizcə alçaltmaq, onların milli ləyaqətini tapdalamaq, mənəvi dəyərlərini, düşüncə tərzini, dil xüsusiyyətlərini məsxərəyə qoymaq olmaz.Solovyov gah finlərin, gah Baltikyanı xalqların, gah da almanların və müsəlmanların dilini təqlid edərək məsxərəyə qoyur.
Az qala komediya ustası kimi, gah Leninə, gah Stalinə, gah Qorbaçova, Yeltsinə, gah da azğın və qəzəbli tonla danışan Hitlerə bənzəməyə çalışır.
Bu cür artistik bacarıqları ilə etdiyi parodiyalar bir yana qalsın, əsas məsələ odur ki, o yalnız dillə məsxərə etmir, həm də açıq şəkildə xalqları təhqir edir, adlarını hallandıraraq alçaldır.Bu ksenofob adam dəfələrlə bütün bir xalqın, ölkənin, qitənin fiziki cəhətdən məhv edilməsinə çağırışlar edir.
Tam oxu
Xəbəri oxu