Anar Salahov vəzifəsindən AZAD EDİLDİ

14.01.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daxili xidmət polkovnik-leytenantı Anar Əzizağa oğlu Salahov Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
A.Salahovun yerinə Rüfət Elbrus oğlu Qorçiyev gətirilib.


Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью