Anardan əlil arabasındakı fotosu ilə bağlı AÇIQLAMA

17.11.2025

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.

Sitat.info  bildirir ki, “Qafqazinfo” sözügedən görüntü ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.

Anar Rzayev açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: “Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.

Yazıçı “Hazırda evdəsinizmi?” sualımıza isə “Sağ olun” deyərək dəstəyi asıb.

Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью