Anası ilə vidalaşmağa gəldi, tabutu açanda ŞOK YAŞADI

20.09.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Detroyt şəhərində bir ailə dəfn mərasimindən əvvəl anası ilə vidalaşmağa gəldikdə tabutda başqa qadının cəsədini görüb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı Kimberli Murun qohumları tabutdakı qadının üzərində mərhumun paltarı və pariki olduğunu, lakin cəsədin ona aid olmadığını bildiriblər.

Murun qızı Bianka Robinson deyib ki, dəfn evinin əməkdaşı səhvdən sonra anasının yanlışlıqla kremasiya edilmiş ola biləcəyini söyləyib.

Ailənin iddiasına görə, qarışıqlıq cəsədin ayağına bağlanan identifikasiya etiketinin düşməsi səbəbindən baş verib.

Halbuki Kimberli Murun cəsədi yalnız vida mərasimindən sonra kremasiya edilməli idi.

Dəfn evi hadisədən təəssüfləndiyini bildirib və baş verənlərlə bağlı daxili araşdırmaya başladığını açıqlayıb.

“Bizdə onun külü belə yoxdur. Kimsə bizə nə baş verdiyini desin”, – deyə Robinson bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью