​Anası öldü, Dünya Çempionatını tərk etdi

24.06.2026

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa yığma komandasının baş məşqçisi Didye Deşam 2026-cı il FIFA Dünya Çempionatı zamanı aldığı acı xəbərlə sarsılıb.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, təcrübəli mütəxəssisin anası vəfat edib.

Deşam bu xəbərdən sonra təcili olaraq milli komandanın düşərgəsini tərk edib.

Fransa Futbol Federasiyası baş məşqçinin anası ilə vidalaşmaq məqsədilə ölkəsinə qayıtdığını təsdiqləyib. Didye Deşamın dəfn mərasimində iştirak edəcəyi və komandanın Norveçə qarşı keçirəcəyi oyunda ehtiyat oyunçular skamyasında yer almayacağı bildirilib. Milli komandaya rəhbərlik etmək müvəqqəti olaraq onun köməkçisi Qay Stefaya həvalə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью