Anasından danışıb ağladı Video

15.01.2025

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Mənim üçün həyatda ana və atadan başqa böyük qüvvə yoxdur. Hər şeyi anama görə əldə etmişəm. İstəyirəm onun üzü gülsün".

Axşam.az xəbər verir ki, müğənni Rüfət Axundov "Gün ortası" verilişində deyib. Anasından danışan sənətçi kövrəlib:

"Hamı anasını sevsin. Düşünməsinlər ki, bu gün etməyim, sabah edərəm. Əldə etdiklərim üçün göydə Allaha, yerdə anama təşəkkür edirəm. Anam mənə hər zaman inanıb. Yaxınlarım belə məni ələ salırdı: harasa gedəndə deyirdilər, Rəşid gəldi. Bacım belə lağ edirdi ki, bərk danışma, səsin batar. Amma anam güvənirdi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью