Anasından sonra vəziyyəti pisləşdi Çimnazın atası VİDEO | Icma.az
Icma.az, Redaktor.az saytına istinadən bildirir. Aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov qızının ölümündən danışıb.
Redaktor.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişinə açıqlama verib: “Anası rəhmətə getdi, ağlaya bilmirdi, stres keçirirdi.
Sentyabrın 25-də anası öldü, oktyabrda ağrıları başladı. Anasının 40 mərasiminə 1 həftə qalmış pisləşdi. Mənə zəng etdi ki, ata, gəl.
Getdim, dedi ki, ölürəm, apar məni həkimə. Mədə, bağırsaq keçməməzliyi yarandı. Bunu düzüb-qoşduq, gəldi evə, bizimlə otururdu.
Həkimə dedim ki, nə zaman sağalacaq? Dedi, ay yarıma. 21-ci gündə zəng gəldi, həkim dedi gəl. Mənə dedi ki, ata depozit istədilər.
Apardım depoziti qoydum. Deyirəm axı həkimlər deyirdi 2 ay keçməlidir, 21 gün tezdir. 7 saat əməliyyat keçdi.
Bir gün keçdi yenə çağırdılar ki, vəziyyəti pisdir. Cərrahlar baxanda deyirdi ki, 21 gün tezdir, 2 ay keçməlidir.
Bunu saldılar kritik ölümə. Günü-gündən psiləşdi. Ayaqları tutuldu, gəzə bilmədi. Həkim deyir, ölümdən qurtarmışıq.
Tam oxu
Xəbəri oxu