Anasını işdən evə gətirtdi, ardınca... Qətlin təfərrüatı

26.01.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirməkdə ittiham edilir.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, o, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.

"Elə bir ailə idilər ki, bu işə heç kim inana bilmir. Anası namuslu qadın olub. Emil isə namaz əhli idi. Heç kimin onlardan narazılığı olmayıb", - qonşu hadisə barədə danışarkən deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью