Anasını öldürdü, sevgilisi ilə birgə intihar etdi

17.10.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Rusiyanın Krasnodar şəhərində 17 yaşlı oğlan və 16 yaşlı sevgilisi ölü tapılıb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisələr Volqoqrad vilayətində yaşayan bir kişinin arvadı ilə əlaqə saxlaya bilməməsindən sonra üzə çıxıb.

Qadın bir neçə gün ərzində telefon zənglərinə cavab verməyib. Daha sonra onun öldüyü məlum olub.

Araşdırma zamanı qadının 17 yaşlı oğlunun da sevgilisi ilə birlikdə yoxa çıxdığı müəyyən edilib. Gənc oğlan anasının qətlində şübhəli bilinərək axtarışa verilib.

Bir müddət sonra yeniyetmə və onun 16 yaşlı sevgilisi Krasnodar şəhərində yerləşən yarımçıq tikilmiş, tərk edilmiş 12 mərtəbəli binanın yaxınlığında ölü tapılıblar. Onların özlərini binadan atdıqları ehtimal olunur.

Həlak olan qızın anası da övladının ölümünü təsdiqləyib.

Krasnodar sakinlərinin sözlərinə görə, yerli məktəblilər tez-tez həmin tərk edilmiş binaya gəlir və əyləncə məqsədilə yuxarı mərtəbələrə qalxırlar.

Yeniyetmələrin ölümünün dəqiq səbəbi barədə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью