Anasını öldürən oğula cinayət işi açıldı

26.01.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Sabunçu rayon prokurorluğu qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi açıb.
Modern.az xəbər verir ki, prokurorluğunun məlumatına görə, yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Həyat Ağayevanın qəsdən öldürməsinfə şübhəli bilinən Emil Ağayev onun oğludur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью