Anasını öldürüb arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı Yenilənib Foto

31.01.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Faxralı kəndində 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaqlanıb.

Onlardan 10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova həyatını itirib.

Digər zərərçəkən ağır halda xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə ölən qadının oğlu - 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğludur.

Ağır xəsarət alan iki uşaq anası Jalə isə hadisəni törətməkdə şübhəli bilinən Eminin həyat yoldaşıdır.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Emin Xaləddin oğlu Vəliyev Vətən müharibəsi qazisi, III qrup əlildir.

O, ailə münaqişəsi zəminində anası, 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirməkdə, arvadı, 29.01.1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızını isə həmin bıçaqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinir.

Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Fotoda Zoya Əhmədova və Emin Vəliyev

Yunis Quliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью