Anasını qətlə yetirən şəxs saxlanıldı YENİLƏNİB KONKRET

31.01.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.

Hadisə zamanı həyat yoldaşı – 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.

Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

***
Goranboyda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

KONKRET.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü E.Vəliyevin psixoloji problemlərinin olduğu bildirilir.

Məlumata əsasən, onun iki azyaşlı övladı var.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma davam etdirilir.
***
Goranboy rayonunda oğlu tərəfindən qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.

KONKRET.az xəbər verir ki, mərhum rayonun Faxralı kənd sakini, 1963-cü il təvəllüdlü Z. Əhmədova olub.

Məlumata əsasən, hadisəni qadının oğlu – 1987-ci il təvəllüdlü E. Vəliyev törədib.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma davam etdirilir.
***
Goranboy rayonunda ağır cinayət hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri – 1995-ci il təvəllüdlü J. Yolçuzadə və onun qayınanası yaşadıqları evdə bıçaqlanıblar. J. Yolçuzadə müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Digər qadının isə hadisə yerində öldüyü müəyyən edilib.

İlkin məlumata əsasən, hadisəni qadının oğlu törədib. O, anasını qətlə yetirib, həyat yoldaşını isə bıçaqlayıb. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs müharibə iştirakçısıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью